Ağcabədidə dini radikalizm mövzusu müzakirə olunub
29 sentyabr 2021, 03:22

Sentyabrın 28-də Ağcabədi rayonunda onlayn formatda dini maairfləndirmə tədbiri keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil şöbəsinin nümayəndələri, eləcə də gənclər iştirak ediblər.

Çıxışlarda müasir dövrdə dini radikalizm və ekstremizmdən əziyyət çəkən dövlətlərin əksəriyyətinin İslam ölkələri olduğu vurğulanaraq bildirilib ki, İslam dini ümumbəşəri dindir, sülh və əmin-amanlıq dinidir. O da qeyd olunub ki, dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır.