Ağcabədi, Füzuli, Siyəzən, Samux və Yardımlıda maarifləndirmə tədbirləri keçirilib
06 mart 2024, 01:20

Respublikamızın bölgələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin müvafiq qurumlarla birgə həyata keçirdiyi maarifləndirmə tədbirləri davam etdirilir.

Martın 4-də Füzuli rayonu “Mahmudlu-2” kənd məscidində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmət Rəhimov, “Mahmudlu-2” kənd məscidinin imamı Sevindik Əsgərli, rayon ağsaqqalları və dindarlar iştirak ediblər.

***

Martın 4-də Siyəzəndə  “Gender bərabərliyi və qadınların mütərəqqi cəmiyyətdə iştirakı” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının əməkdaşı Günel Ağayeva, şəhər “Cümə” məscidinin qadın dini ayin icraçısı Əzimə Müzəffərova, pedaqoqlar və gənclər iştirak ediblər.

***

Martın 4-də Yardımlı rayon V.A.Bəndəliyev adına Urakəran kənd tam orta məktəbində “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov, müvafiq qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

***

Martın 4-də Samux rayon Qarayeri qəsəbə 2 saylı tam orta məktəbində "Məişət zorakılığının qarşısının alınması" mövzusunda maarifləndirmə tədbiri baş tutub. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndəsi Arzu Məmmədov və məktəblilər iştirak ediblər.

***

Martın 5-də Ağcabədi şəhər Məmməd Aranlı adına 11 saylı tam orta məktəbində “Narkomaniya və zərərli vədişlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon polis şöbəsi rəisinin 1-ci müavini Elmir Dəmirçiyev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs olunub, ölkəmizdə dini radikalizmə, narkomaniyaya qarşı həyata keçirilən mübarizə tədbirlərindən, həmçinin qadınların təhsilalma hüquqlarından danışılıb.

Tədbir müzakirələrlə davam edib.