Abşeronda yerləşən hərbi hissədə Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş tədbir keçirilib
21 noyabr 2025, 10:19
Noyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissədə “Vətən müharibəsindəki qələbəmizdə milli birliyimizin və mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Namiq Musayev və Məmmədli kənd məscidinin imamı Bəşir Mənsurov, eləcə də şəxsi heyət iştirak edib.
Çıxışlarda Vətən müharibəsində qazandığımız Zəfərdə milli birliyimizin və mənəvi dəyərlərimizin rolundan bəhs olunub. Əldə olunan qələbənin milli həmrəyliklə sıx bağlı olduğu vurğulanıb. Bu kimi tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında önəmli rol oynadığı qeyd edilib.