İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin və Abşeron rayonunda yerləşən N saylı hərbi hissənin təşkilatçılığı ilə hərbi hissədə (HH) Qurban bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Ceyranbatan qəsəbəsi Cümə məscidinin imamı Ziyad Hüseynov, HH-nin komandiri general-mayor Kənan Seyidov, hərbi hissənin nümayəndəsi Rüstəm Məmmədov və şəxsi heyət iştirak edib.
Çıxışlarda Qurban bayramının mahiyyətindən danışılıb. Vurğulanıb ki, bu cür bayram tədbirlərinin hərbi hissələrdə keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev hərbi hissələrdə milli-mənəvi dəyərlərin təbliğində fəal iştirakına görə HH komandiri tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Sonda hərbi hissədə qurbanlar kəsilib.
***
Goranboyda keçirilən bayram tədbirində isə DQİDK-nın əməkdaşı Vüsal Hüseynli, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, xalqımızın öz tarixi köklərinə bağlılığı,milli-mənəvi dəyərlərinə sadiq olması respublikamızın mövcud xətt üzrə dövlət siyasəti ilə tam bir vəhdət təşkil etməkdədir. Cəmiyyətimizdə həm dini, həm də bəşəri dəyərlərə eyni ölçüdə önəm verilir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
***
Abşeron rayonunun Güzdək qəsəbəsində “Qurban bayramı-mənəvi dəyərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Şahlar Məmmədov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Güzdək qəsəbəsi üzrə nümayəndəsi Fəxrəddin Orucov, “Rəsulullah” məscidinin imamı Mirkazım Kazımlı, ağsaqqallar və dindarlar iştirak ediblər.
Çıxışlarda Qurban bayramının mahiyyəti, fəlsəfəsi və tarixi haqqında geniş məlumat verilib.