Martın 4-də Abşeron rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Ailə planlaması: Dini baxış və sosial təsirlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin baş məsləhətçisi Ülkər Mövsümlü, qadın dini ayinlərin icraçıları və ictimayyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, bütün dinlərdə, o cümlədənn İslam dinində ailənin hər zaman uca tutulduğu vurğulanıb. Eyni zamanda İslamın qadına qazandırdığı hüquq və azadlıqlar, ailə dəyərləri, erkən nikahla mübarizənin vacibliyi kimi məsələlərə toxunulub. Bildirilib ki, evlilik, birgəyaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Qadın dini ayinlərin icraçılarının bu istiqamətdə üzərlərinə düşən missiyanı uğurla həyata keçirmələrinin vacibliyi nəzərə çatdırılıb.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.