Avqustun 25-də Abşeron rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları Namiq Musayev, Azər Tağıyev, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər dinlərin sülh, mərhəmət və həmrəylik prinsiplərinə əsaslandığını vurğulayıblar. Azərbaycanın multikultural və tolerant mühitinin dünya miqyasında nümunəvi model olduğu qeyd edilib. Eyni zamanda, dini radikalizm və ekstremizmə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb, mövzu ətrafında suallar cavablandırılıb.