Abşeronda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusu müzakirə olunub
12 fevral 2025, 08:31

Fevralın 11-də Abşeron rayonu, Masazır qəsəbəsi 2 saylı tam orta məktəbdə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları - Namiq Musayev, Azər Tağıyev, Abşeron Rayon Polis İdarəsinin əməkdaşı Elburus Əhmədov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Könül Nəcəfova, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elvin Zalov, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığından bəhs olunub. Dinin siyasiləşdirilməsinin milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid olması, dini fanatizm, radikalizm və ekstremizmin təhlükələri barədə məlumat verilib. Çıxış edənlər Radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.