Abşeronda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusu müzakirə olunub
24 dekabr 2024, 07:18

Dekabrın 23-də Abşeron rayonunun Saray qəsəbəsi 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları - Namiq Musayev və Azər Tağıyev,  Xırdalan şəhər “Cümə" məscidinin imamı Elnur Əliyev, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda mövcud olan tolerantlıq və multikultural şəraitdən danışılıb. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Çıxışlarda, həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu bildirilib.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.