Abşeronda “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusu müzakirə olunub
20 fevral 2026, 17:23
Fevralın 20-də Abşeron rayonunda yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin baş məsləhətçisi Namiq Musayev, “Sumqayıt Stansiyası Yaşayış Massivi” məscidinin imamı Mirkazım Kazımlı və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlarda dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolundan bəhs olunub. Vurğulanıb ki, dini ekstremizm dövlətin konstitusiya quruluşuna, ictimai-siyasi sabitliyə və milli təhlükəsizliyə qarşı yönəlmiş əsas təhdidlərdən biridir.