Oktyabrın 21-də Abşeron rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Birgəyaşayış mədəniyyəti və sosial harmoniya” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Abşeron-Xızı regional bölməsinin əməkdaşları Namiq Musayev, Azər Tağıyev, din xadimləri, və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı, bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Çıxışlarda ölkəmizdə mövcud olan dini dözümlülük və multikultural dəyərlərin qorunmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, birgəyaşayış mədəniyyəti, qarşılıqlı hörmət və anlayış cəmiyyətin inkişafının əsas dayaqlarındandır. Natiqlər dini həmrəyliyin, sosial ədalətin və milli birliyin möhkəmləndirilməsində hər bir vətəndaşın üzərinə məsuliyyət düşdüyünü bildiriblər. Həmçinin, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin əhəmiyyətinə diqqət çəkilib.