Abşeron rayonundakı N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
07 mart 2024, 01:50
Martın 6-da Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə “Zərərli vərdişlər və özünə xəsarət yetirmənin sosial –psixoloji aspektləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Ülvi Məmmədov, şöbənin əməkdaşı Təbib Məmmədov, Sumqayıt şəhər “Cümə” məscidinin imamı Gülağa İsmayılov, zabitlər və əsgərlər iştirak ediblər.
Çıxışlarda zərərli vərdişlərin insan həyatına fiziki və mənəvi təsirləri, intihar halları və onu doğuran səbəblər haqqında danışılıb və sosial-psixolji aspektləri müzakirə olunub.