Abşeron rayonundakı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
19 fevral 2026, 15:02

Fevralın 17-də Abşeronda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Dində insan həyatının önəmi: intihar hallarına dini nöqteyi-nəzərdən baxış” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin aparıcı məsləhətçisi Təbib Məmmədov, Mehdiabad qəsəbəsi məscidinin imamı Kamal Həsənli, şəxsi heyət iştirak ediblər.
Çıxışlarda insan həyatının müqəddəsliyi, intiharın dini baxımdan yolverilməz olduğu bildirilib. Mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti və gənclərin sağlam psixoloji mühitdə formalaşmasının vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.