Abşeron rayonundakı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
16 fevral 2026, 16:30

Fevralın 16-da Abşeron rayonunda yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “İslamda həyatın dəyəri və özünəqəsdin qadağan olunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşları Namiq Musayev, Azər Tağıyev, Hökməli qəsəbə Hacı Məhəmmədhəsən bəy məscidinin imam müavini Şahlar Pircanov, eləcə də şəxsi heyət iştirak edib.
Çıxışlarda dini və mənəvi dəyərlərin qorunmasının, gənclərin düzgün istiqamətləndirilməsinin, həmçinin İslamda həyatın müqəddəsliyi və özünəqəsdin qadağan olunmasının vacibliyindən danışıblar. O da diqqətə çatdırılıb ki, bu cür tədbirlər gənclərə problem həll etmə bacarıqlarını öyrətmək və sağlam düşüncə tərzini formalaşdırmaq üçün təşkil olunur.