Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Abşeron rayonunda yerləşən N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Milli birliyimizin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri Yalçın Abdullayev, Sumqayıt şəhər Cümə məscidinin imamı Gülağa İsmayılov, hərbi hissənin məsul əməkdaşı Rüstəm Məmmədov və şəxsi heyət iştirak edib.
Çıxışlarda xalqımıza məxsus milli-mənəvi dəyərlər sisteminin zənginliyindən və bu dəyərlərin insan həyatına verdiyi əhəmiyyətdən danışılıb. O da qeyd olunub ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmiş kitablar hərbi hissəyə hədiyyə edilib.