Abşeron rayonunda maarifləndirmə tədbiri keçirilib
25 aprel 2025, 01:57

Aprelin 23-də Abşeron rayonunun Novxanı qəsəbə 1 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin baş məsləhətçisi Namiq Musayev, Polis İdarəsinin baş inspektoru Elbrus Əhmədov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri barədə ətraflı məlumat verilib. Radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmi xüsusi qeyd edilib. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcədə vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb. 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.