Abşeron rayonunda “Dinin siyasiləşdiriliməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda tədbir keçirilib
07 oktyabr 2024, 03:48

Oktyabrın 4-də Abşeron rayonunda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Dinin siyasiləşdiriliməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Ülkər Mövsümlü, qadın dini ayinlərin icraçıları və gənclərin iştirak etdiyi tədbir Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etməklə başlanıb.

Çıxışlarda dinin siyasi alətə çevrilməsinin yolverilməz olduğu, ölkəmizdə dövlət-münasibətlərinin yüksələn xətlə inkişaf etdiyi diqqətə çatdırılıb. Eyni zamanda respublikamızda tolerant və multikultural ənənələrin hökm sürdüyü qeyd edilib. Dinin siyasiləşdirliməsinin milli təhlükəsizliyə təhdid olduğu da vurğulanıb.

Tədbir müzakirələrlə davam etdirilib.