Abşeron rayonunda dini radikalizm mövzusu müzakirə olunub
10 mart 2026, 14:37

Martın 11-də Abşeron rayonu Saray qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin məsləhətçisi Azər Tağıyev, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Elyanar Hüseynov, Regional Təhsil İdarəsinin əməkdaşı Könül Nəcəfova, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin bu gün cəmiyyətin ən böyük bəlalarından biri olduğu vurğulanıb. Dövlət Komitəsi tərəfindən bölgələrdə keçirilən maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib. Natiqlər ölkəmizdəki nümunəvi tolerant, multikultural mühit, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına göstərilən diqqət və qayğı barədə danışıblar.