Azərbaycan Gürcü yəhudiləri dini icmasının sədri ravvin Zamir İsayevin ABŞ-nin nüfuzlu yəhudi jurnalı olan “Ami” dərgisində müsahibəsi dərc olunub.
Zamir İsayev müsahibəsində Azərbaycanın İsraildə açılacaq səfirliyinin iki xalq və dövlət arasındakı dostluq, qardaşlıq və əməkdaşlığa verəcəyi töhfələr, həmçinin Azərbaycanın multikultural dəyərləri haqqında geniş məlumat verib. Bildirib ki, Respublikamızda dövlət tərəfindən bütün dinlərə məxsus tarixi-dini, eləcə də, mədəni abidələrə qayğı və diqqətlə yanaşılır. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hamı, o cümlədən yəhudilər sülh, qardaşlıq və həmrəylik şəraitində yaşayırlar.
Müsahibəsində Azərbaycanda mövcüd olan dövlət-din münasibətlərini, tolerantlıq ənənələrini, yəhudi icmasına verilən dəyəri xüsusi vurğulayan Z.İsayev bunun bütün dünya üçün nümunə ola biləcəyini bildirib.
Qeyd edək ki, jurnalın yalnız ABŞ-də deyil, İsrail və Avropada da böyük oxucu kütləsi var.