8 və 13 saylı cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbiri keçirilib
20 iyul 2023, 04:38

İyulun 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə Tədbirlər Planına əsasən məhkumların dini maarifləndirilməsi məqsədilə 8 və 13 saylı cəzaçəkmə müəssisələrində “Zərərli vərdişlərə qarşı mübarizədə dinin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, Penitensiar Xidmətin əməkdaşı Mübariz Vəliyev, ilahiyyatçı Vüqar Səmədov və cəzaçəkmə müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edənlər zərərli vərdişlərə qarşı mübarizə üsulu kimi İslam dininin rolundan danışıb, eyni zamanda narkomaniya və zərərli vərdişlərin cəmiyyətin fiziki və mənəvi məhvinə yol açması, cəmiyyətin əsas sütunu olan ailə institutuna ağır zərbə vurması və bir çox cinayətlərə səbəb olması faktını qeyd ediblər.