31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə bölgələrdə silsilə tədbirlər davam etdirilir.
Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı ilə bölmə əməkdaşlarının, din xadimləri və dini icma üzvləri Quba şəhərində yerləşən Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Martın 31-də Oğuz rayon Peşə məktəbində keçirilən anım tədbirinə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Samir Salehov, rayon Gənclər və idman sektorunun müdiri Şaiq Rüstəmov, müəllimlər və tələbələr iştirak ediblər.
Martın 31-də İmişli şəhəri N. Nərimanov adına 1 saylı məktəb-liseyində “31 Mart faciəsi: tarixdən günümüzə” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, İmişli şəhəri Həzrəti İmam Hüseyn məscidinin dini ayinlərinin icraçısı Mayıl Hacıyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Martın 31-də Abşeron rayonu Saray qəsəbəsində yerləşən 4 nömrəli orta məkdəbdə “31 Mart faciəsi: tarixdən günümüzə” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin məsləhətçisi Azər Tağıyev, regional təhsil, gənclər və idman idarələrinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Martın 31-də Ucar şəhəri 6 nömrəli tam orta məktəbdə “Təqvimdəki qanlı tarix - 31 mart” mövzusu müzakirə olunub. Tədbirə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Rauf Nəsirov, müəllimlər və şagirdlər qatılıblar.
Martın 31-də Salyan şəhəri 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyində baş tutan anım tədbirinə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər qatılıblar.
Martın 31-də Zərdab rayonunda "Soyqırımı siyasəti və 31 Mart tarixi" mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Sədi Hüseynov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi.