Respublikanın müxtəlif rayonlarında 27 Sentyabr – Anım Günü və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Sentyabrın 24-də Quba rayonunun Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbində “27 sentyabr Anım Günü: suverenlik və dövlətçilik – tarixi yol və müasir reallıqlar” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Sentyabrın 24-də Kürdəmirdə “Gələcək nəsillər üçün örnək və əxlaqi dəyər – 44 günlük Vətən müharibəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, rayon Gənclər və İdman sektorunun əməkdaşı Zaur İsmayılov, şəhid ailələrinin üzvləri, din xadimləri və gənclər iştirak ediblər.
Sentyabrın 24-də Şabran rayonunun Uzunboyad kənd tam orta məktəbində “Gələcək nəsillər üçün örnək və əxlaqi dəyər – 44 günlük Vətən müharibəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin məsləhətçisi Elxan Əsgərov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əhmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Sentyabrın 24-də Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində “Xalqın tarixini və taleyini dəyişən 44 gün” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ramin Həsənov, kollecin müəllimləri və tələbələri iştirak ediblər.
Sentyabrın 24-də Sabirabad rayonunda “Qarabağ zəfəri – mənəvi ucalıq və milli qürur” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin müdiri Elvin Hüseynli, RİH başçısı Aparatının əməkdaşları Faiq Hüseynov və Nazim Sultanov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Suqovuşan kənd məscidinin imamı İbad Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Sentyabrın 24-də Şəmkir rayonunun Düyərli kənd 1 saylı tam orta məktəbində “Gələcək nəsillər üçün örnək və əxlaqi dəyər – 44 günlük Vətən müharibəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Qüdrət Əliyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ruhid Hacıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşı Azər Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Sentyabrın 24-də Tovuz rayonunda “Suverenlik və dövlətçilik: tarixi yol və müasir reallıqlar” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Qüdrət Əliyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev, Rayon Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.
Çıxış edən natiqlər 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın milli iradəsinin, həmrəyliyinin və dövlətçilik əzminin parlaq təzahürü olub. Eyni zamanda şəhidlərimizin misilsiz fədakarlığından, qazilərimizin göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs edilərək, onların Vətənə sədaqətinin gələcək nəsillər üçün əbədi örnək olduğu qeyd edilib. Vurğulanıb ki, əldə edilmiş tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yanaşı, xalqımızın milli qürurunu daha da yüksəldib. Həmçinin şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, onların qəhrəmanlıq yolunun gənc nəslə çatdırılmasının və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.