Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərin 2 saylı tam orta məktəbində “20 Yanvar Ümumxalq Hüzn Günü, xalqımıza qarşı törədilən terror" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov və məktəblilər iştirak ediblər.
***
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsi Qazax rayon Qazılığının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, müvafiq qurumların əməkdaşları, din xadimləri və dini icma sədrləri iştirak ediblər. Şəhidlər xiyabanı ziyarət olunub, dualar oxunub.
***
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli sektoru və İmişli Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “20 Yanvar- Qan Yaddaşımız” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli sektorunun baş məsləhətçisi Ramin Fərəcov, İmişli Rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, şagird və müəllimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Daha bir anım tədbiri yanvarın 19-da Şəki İslam Kollecində keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Saleh Məmmədov, müəllimlər və tələbələr iştirak ediblər.
***
DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, Zərdab Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə daha bir anım tədbiri Zərdab rayonunda baş tutub.
***
Qusar rayonunda da 20 Yanvar şəhidləri anılıb. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Mehman Məmmədov, QMİ-nin səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, şəhid ailələrinin üzvləri, həçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən bütün dini ibadət yerlərində 20 Yanvar şəhidləri anılıb.
Çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyətinin açıqlandığını qeyd ediblər. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qeyd edilib ki, qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.