18 Oktyabr – Müstəqillliyin Bərpası Günü respublikamızın regionlarında qeyd olunur.
Şəki şəhər 8 nömrəli beynəlmiləl tam orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Minarə Məmmədhüseynova, İmişli şəhər 8 saylı tam orta məktəbində baş tutan tədbirdə isə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Ramin Fərəcov, eləcə də hər iki məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Lənkəran İslam Kollecində də müstəqillliyin bərpası günü qeyd olunub. Tədbir bölgə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, müəllimlərin və tələbələrin iştirakı ilə baş tutub.
DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Zərdab rayon Heydər Əliyev Mərkəzində də tədbir keçirilib.
Oğuz rayonunda baş tutan tədbirdə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, ictimaiyyət nümayəndələri, Gəncə şəhərində keçirilən tədbirdə isə bölgə şöbəsinin müdiri Həsən Məmmədov, idarə və təşkilat rəhbələri, eləcə də mədəniyyət işçiləri iştirak ediblər.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, rayonun idarə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə Goranboyda, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Tacızadə, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, müəllim və şagirdlərin iştirakı ilə Ağsu şəhər Aslan Nadirov adına 1 nömrəli məktəb - liseydə müstəqillliyin bərpası günü qeyd edilib.
Qax rayonunun Güllük kənd tam orta məktəbində baş tutan tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin əməkdaşı Tərlan Nəzərov, ictimaiyyət nümayəndələri, müəllimlər, həmçinin məktəblilər iştirak ediblər.
Çıxışlar zamanı 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycanın XX əsrdə yenidən dövlət müstəqilliyini bərpa etdiyi barədə məlumat verilib. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edən Azərbaycan Respublikasının bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarına uyğun olaraq Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlar qazanmaqda olduğu diqqətə çatdırılıb. O da vurğulanıb ki, üçrəngli bayrağımız Şuşada, Ağdamda, Xocalıda, Xankəndidə və digər azad edilmiş ərazilərdə dalğalanır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.