Şriftin ölçüsü:

Saytın rəngi:

05.09.2024

Zərdabda “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Zərdab rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə  “Sülh Aylığı” çərçivəsində “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda tədbir keçirilib.

Mədəniyyət Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, Mədəniyyət Mərkəzinin müdiri Elyurə Məmmədova, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.

Çıxış edənlər Azərbaycanda milli-mənəvi dəyərlərimiz və bu dəyərlərin qorunub yaşadılması sahəsində görülən işlər barədə danışıblar. Çıxışlarda son illər respublikamızda milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı istiqamətində bir çox uğurlu işlərin həyata keçirildiyi bildirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.