Şriftin ölçüsü:
Saytın rəngi:
Noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rayon qazılığının birgə təşkilatçılığı ilə Höytala kənd məscidində “Qızların təhsil almasının önəmi: dini mənbələr nə deyir?” mövzusunda maarifləndirmə tədbir keçirilib.
Təddbirdə DQİDK-nın Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənov, QMİ-nin rayon qazısı Malik Bilalov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda maarifləndirmə tədbirlərinin önəmindən bəhs olunub. Eyni zamanda təhsilin, xüsusilə qadınların təhsil almalarının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, İslam dinində elm və təhsilə böyük dəyər verilir.
Tədbir müzakirələrlə davam etdirilib.