Şriftin ölçüsü:

Saytın rəngi:

03.12.2024

Zaqatalada dini radikalizmin mahiyyətindən danışılıb

Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Oruc Rəsulov adına Muğanlı kənd tam orta məktəbində “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Məmmədov, ictimaiyyət nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti  barədə ətraflı məlumat verilib. Dini radikalizmin fəsadlarında danışılaraq, bu istiqamətdə həyata keçirilən mübarizə tədbirlərindən danışılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.