Şriftin ölçüsü:

Saytın rəngi:

30.05.2025

Zaqatalada “28 May – Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirilib

Mayın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin, Zaqatala Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Zaqatala rayonu Yuxarı Tala 4 nömrəli tam orta məktəbində Azərbaycan Dövlət Müstəqilliyinin 107-ci ildönümü ilə bağlı  “28 May Müstəqillik Günü” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Rəcəb Əlizadə, məktəbin direktoru Almaz Abdurahmanova, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda AXC-nin qurulması, qısa müddətdə həyata keçirilən islahatlar, 1991-ci ildə müstəqilliyimizin bərpası və Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki rolu qeyd olunub. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın uğurlarından bəhs edilib.