Şriftin ölçüsü:
Saytın rəngi:
Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Yevlax şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Hüquqi dövlət-korrupsiyaya qarşı mübarizə metodları” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin aparıcı məsləhətçisi Valeh Rəşidov, Yevlax şəhər prokrorunun köməkçisi Əli Cəlallı, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanda gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə korrupsiyanın qarşısının alınması və hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir. Bildirilib ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı ölkəmizdə məqsədyönlü tədbirlər keçirilir, bu sahədə qanunvericilik bazası təkmilləşdirilir. Lakin korrupsiya və rüşvətxorluğun tamamilə aradan qaldırılması üçün vətəndaşların da bu işdə fəal iştirakı mühüm amillərdən biridir.
Tədbir müzakirələrlə davam etdirilib.