Şriftin ölçüsü:
Saytın rəngi:
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası davam etdirilir.
İyunun 14-də Ağdam, Ağcabədi, Füzuli, Tərtər rayonları, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində yerləşən 30-dan artıq dini ibadət evinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib.
Aksiyada DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşları, din xadimləri, dini icma sədrləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyan aksiya müxtəlif bölgələri əhatə etməklə cari ilin payız aylarına qədər davam edəcək.