Şriftin ölçüsü:
Saytın rəngi:
Avqustun 30-da Xaçmaz rayonu Qobuqırağı kənd məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin əməkdaşı Fərid Məmmədov, məscidin imamı Vəli Məmmədəliyev, dindarlar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Natiqlər vurğulayıblar ki, dini kimliyin milli kimliyi üstələməsi və başqa çoxşaxəli proseslər nəticəsində təzahür edən dinin siyasiləşdirilməsi tendensiyası dövlət maraqları baxımından son dərəcə təhlükəlidir. Ölkəmizdə dinlər və məzhəblərarası qarşıdurmalar baş verməyib, milli, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir, eləcə də hər kəsin vicdan azadlığına təminat verilir.
Çıxışlar zamanı Azərbaycanda dini sahəyə göstərilən diqqət və qayğıdan, dinin siyasiləşdirilməsinin törətdiyi fəsadlardan, ölkəmizdə hökm sürən sabitlikdən, inkişafdan və tolerant mühitdən də danışılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.