Şriftin ölçüsü:

Saytın rəngi:

23.10.2013

UNESCO-da Azərbaycanlı mütəfəkkirə həsr edilmiş beynəlxalq simpozium (FOTO)

22 oktyabrda Parisdə UNESCO-nin mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq Simpozium keçirilib. “Seyid Yəhya Bakuvi: Tolerntlığın ifadəsi” adlanan Simpozium UNESCO tərəfdən böyük təsəvvüf şeyxi  və Xəlvətiyyə sufi təriqətinin banisi Seyid Yəhya Əl-Şirvani Əl-Bakuvinin vəfatının 550 illiyi münasibətilə 2013-cü ilin Bakuvi ili elan edilməsi ilə əlaqədar Dövlət Komitəsi tərəfindən silsilə tədbirləri beynəlxalq müstəviyə çıxarmışdır.
 
Simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu Xəlvətiyyə təriqəti, onların dünyada tolerantlıq və qarşlıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələrlə çıxış etmişlər.
Simpoziumda İngiltərə, Fransa, Türkiyə, Əlcəzair, Azərbaycan və başqa ölkələrdən dəvət edilmiş tədqiqatçı alimlər, həmçinin UNESCO nəzdinə diplomatik nümayəndəliklərin təmsilçiləri, mədəniyət xadimləri iştirak etmişlər.
Simpozium DQİDK tərəfindən hazırlanmıış və Azərbaycanda dinlərarası xoşgörü tarixindən, multikulturalizm və mədəniyytlərarsı dialoqun möhkmlədirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin və Azərbaycanın Birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüslərindən bəhs edən “Tolerantlığın ötəsi” adlı sənədli filmin nümayişi ilə başlamışdır.
Simpoziumu giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Seyid Yəhya irsinin və təsəvvüf yolunun Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir. O bildirmişdir ki, ölkəmizdə uzun əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən təşviq edilir. Bu ilin UNESCO tərəfindən “S.Y.Bakuvi ili“ elan olunmasının da məhz Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində ərsəyə gəlməsi bunun bariz nümunəsdir. Natiq həmçinin qeyd etmişdir ki, S.Y.Bakuvi və onu şöhrətləndirdiyi Xəlvətiyyə təriqətinin dünyaya buraxdığı irs – istər dinlərarası tolerantlığ dünyagörüşünün, istər məzhəblərarası çatışmalar qarşısının alınmasında, istərsə də dini radikalizmlə mübarizədə - bu gün də AKTUALLIĞINI İTİRİMƏMİŞDİR.
Simpoziumun açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi cənab Nasser Abdulaziz Al-Nasser Seyid Yəhya Bakuviyə həsr edilmiş bu mötəbər simpoziumda məmnuniyyətlə iştirak etdiyini və dəvətə görə təşkilatçılara öz minnətdarlığını bildirdi. O,  UNESCO tərəfindən 2013-cü ilin Seyid Yəhya Bakuvi ili kimi qeyd edilməsini əlamətdar hadisə adlandırıb və qeyd edib ki, onun irsi insanlar və mədəniyyətlər arasında fərqlilikləri birləşdirmək üçün salınan körpüdür. O bildirmişdir ki, bu il Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı o bir daha Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olmuşdur.
 
UNESCO MD Platformunun başçısı Katerina Stenu simpoziumun açılışında çıxış edərək bildirmişdir ki, Azərbaycanda dini dözümlülük sadəcə sözdə deyil. Azərbaycan xalqının öz tarixi boyu  mədəniyyətlər və dinlər arasındakı qarşılıqlı rəğbətin ən gözəl nümunəsini yarada bilmişdir.
Nüfuzlu alimlərin iştirakı ilə “Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya Bakuvi və Xəlvətilik”, “Azərbaycanda sufilik və Bakuvi irsi“ adlı panellərdə işinə davam etmiş simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu Xəlvətiyyə təriqəti, onların dünyada tolerantlıq və qarşlıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilmişdir.
 
Günün sonunda Simpoziumun iştirakçıları  dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı”adlı UNESCO da kecirilən foto sərgisində iştirak etmişlər.
 
DQİDK-nın mətbuat xidməti