Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Ucar rayonu Qazyan kənd "Savab" məscidi dini icmasının birgə təşkilatçılığı "Sülh Aylığı" çərçivəsində “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, məscidin imamı Cavid Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, insanlar arasında sülh və humanizm prinsiplərinin, milli-mənəvi dəyərlərin təbliğ edilməsi olduqca vacibdir.
Tədbir müzakirələrlə davam edib.