Şriftin ölçüsü:

Saytın rəngi:

06.12.2024

Ucarda “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Dekabrın 6-da Ucar Gənclər Evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, yerli qurumların nümayəndələri, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxış edən natiqlər antikorrupsiya strategiyalarının əsas istiqamətləri haqda məlumat veriblər. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.