Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi və Tovuz rayon Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Tovuz Regional Asan Xidmət Mərkəzində "Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, bölmənin əməkdaşı Eşqin Allahverənov, Gənclər və İdman sektorunun müdiri Vasif Abdulayev və gənclər iştirak ediblər.
Bildirilib ki, sülh hər bir xalqın arzuladığı böyük bir dəyərdir. Vurğulanıb ki, sülhün qorunması, insanların əmin-amanlıqla yaşaması, amansız müharibələrin və zorakılığın qarşısının alınması bəşəriyyəti düşündürən ən əsas məsələlərdən biridir.
Respublikamızdakı tolerantlıq ənənələrinə, dini etiqadı siyasiləşdirməklə milli təhlükəsizliyə və mənəvi dəyərlərimizə təhlükə yarada bilən meyillərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi də vurğlanıb.