Şriftin ölçüsü:

Saytın rəngi:

29.08.2024

Suraxanıda maarifləndirmə tədbiri keçirilib

Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tədbirlər Planı çərçivəsində “Narkomaniya ilə mübarizədə din xadimlərinin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Azad Əzizov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşı Aqil Əlisoy, Günəşli qəsəbəsi “Xanım Fatimeyi-Zəhra” məscidinin imam müavini Fərid Qasımzadə iştirak ediblər.

Çıxışlarda zərərli vərdişlərə qarşı mübarizədə görülən işlərdən danışılıb. Narkomaniyanın insan sağlamlığı, ailə, cəmiyyət və  dövlət  üçün təhlükəsindən bəhs edilib. Narkomaniya və bu kimi zərərli vərdişlərdən uzaq gənc nəsil yetişdirməyin dövlətimizin prioritet vəzifəsi olduğu vurğulanıb. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.