Şriftin ölçüsü:

Saytın rəngi:

14.06.2024

Sumqayıtda “Qərbi Azərbaycanda dini - mədəni irs” mövzusunda tədbir keçirilib

İyunun 13-də “Qərbi Azərbaycanda dini - mədəni irs” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Yalçın Abdullayev, şöbənin əməkdaşı Ülvi Məmmədov, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov, islam və xristian dini icmalarının üzvləri iştirak ediblər.
Çıxışlarda Qərbi Azərbaycan torpaqlarındakı maddi-mənəvi mədəniyyət nümunələrinin xalqımıza məxsus olduğu bildirilib. Qeyd olunub ki, xalqımızı  deportasiyalara və soyqırımılara məruz qoyaraq tarixi torpaqlarımızda dövlət yaradan ermənilər həmin ərazilərdə tarixi abidələrimizə qarşı vandalizm aktları törətmiş, dini-mədəni irsimizə təcavüz etmişdir. Bu həqiqətlərin beynəlxalq müstəvidə işıqlandırılması istiqamətində mühüm addımların atılmasının vacibliyi bildirilib.