Şriftin ölçüsü:

Saytın rəngi:

18.03.2025

Siyəzəndə maarifləndirmə tədbiri keçirilib

Martın 17-də Siyəzən şəhər Gənclər evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Əxlaqi dəyərlərin gənclərin sağlam həyat tərzinə verdiyi töhfə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Rayon Gənclər və İdman sektorunun əməkdaşı Nuran Nurullayev, müəllimlər və gənclər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, gənclər milli-mənəvi və əxlaqi dəyərlər əsasında tərbiyə olunmalıdırlar. Diqqətə çatdırılıb ki, əxlaqi dəyərlər gənclərin sağlam həyat tərzinə mühüm töhfələr verir.

Tədbir müzakirələrlə davam etdirilib.