Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Şəmkir rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılğı ilə dekabrın 2-də Səməd Vurğun adina Düzqışlaq kənd tam orta məktəbində “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Səadət Babayeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin mahiyyətindən bəhs olunub, dini radikalizmin yarada biləcəyi təhlükələr barədə ətraflı məlumat verilib. Eyni zamanda ölkəmizdə dini fanatizm və ekstremizmlə mübarizə sahəsində görülən işlərdən danışılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb.