Şriftin ölçüsü:
Saytın rəngi:
Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsinin və Mərkəzi Cümə məscidinin nəzdində fəaliyyət göstərən "Şəki mərkəzi qız Quran kursu"nun birgə təşkilatçılığı ilə Şəki şəhərində “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın əməkdaşı Minarə Cəlalzadə, kursun bölgə üzrə nümayəndəsi Rahilə Babayeva, həmçinin müəllimləri və tələbələri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının dövlət siyasəti səviyyəsində həyata keçirilməsi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərilməsi qeyd edilib. Tədbirdə, həmçinin ölkəmizdəki tolerantlıq ənənələrinə, dini etiqadı siyasiləşdirməklə milli təhlükəsizliyə və mənəvi dəyərlərimizə təhlükə yarada bilən meyillərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi vurğlanıb.
Sonda tədbir iştirakçılarına DQİDK sifarişi ilə ərsəyə gəlmiş “Vətənpərvərlik milli-mənəvi dəyərlər kimi” videoçarxı təqdim olunub.