Şriftin ölçüsü:

Saytın rəngi:

05.12.2024

Şəkidə maarifləndirmə tədbiri keçirilib

Dekbarın 5-də Şəki Dövlət Regional Kollecində "Narkomaniyanın sosial, mənəvi və fiziki fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Minarə Məmmədhüseynova, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlarda "Narkomaniyanın sosial, mənəvi və fiziki fəsadlarından bəhs olunub. Narkomaniyaya qarşı mübarizə istiqamıtində maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib. Eyni zamanda gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyi vurğulanaraq, onların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılıb.