Şriftin ölçüsü:

Saytın rəngi:

22.08.2024

Şəkidə azərbaycançılıq ideologiyasından bəhs edən tədbir keçirilib

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şəki-Oğuz bölgə qazılığının birgə təşkilatçılığı ilə Şəki şəhəri mərkəzi “Cümə” məscidində “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Din xadimlərinin iştirakı ilə baş tutan tədbirdə DQİDK-nın Şəki regional bölməsinin əməkdaşı Saleh Məmmədov və QMİ-nin Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov mövzu ətrafında çıxış ediblər.

Bildirilib ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Ulu öndər Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir.

Tədbirin sonunda din xadimlərini maraqlandıran suallar cavablandırılıb.