Şriftin ölçüsü:

Saytın rəngi:

21.08.2024

Salyanda “Mənəvi dəyərlərimiz: Sülh və humanizmə baxış” mövzusunda tədbir keçirilib

Avqustun 21-də Salyan Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz: Sülh və humanizmə baxış” mövzusunda Salyan rayonu Qarabağlı kəndi 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, Salyan RİH-nin nümayəndəsi Sevinc Səmədova, “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin (ASM) pediatrı Lətafət Cəlilova, Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Səidə Əliyeva, məktəbin pedaqoji kollektivi və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Tədbir Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin oxunması ilə başlayıb. Çıxışlar zamanı mövzunun əhəmiyyətindən, milli-mənəvi dəyərlərimizdən, həmçinin cəmiyyətdəki mənəvi böhrana səbəb olan başlıca amillərdən bəhs olunub. Cəmiyyətimizdə mənəvi dəyərlərin vacibliyi və cəmiyyətin formalaşmasındakı rolundan danışılıb.

Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.