Şriftin ölçüsü:

Saytın rəngi:

22.08.2024

Salyanda cəzaçəkmə müəssisəsində maarifləndirici tədbir keçirilib

Avqustun 22-də Salyan rayonu “5 saylı cəzaçəkmə” müəssisəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə ifrat məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin əməkdaşı  Cavid Dadaşov, Salyan rayonu “5 saylı cəzaçəkmə” müəssisəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı Adil Ağayev, Salyan şəhər “Mirəşrəf ağa” məscidinin imamı Vidadi Səmədov və məhkumlar iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Çıxışlarda İslam dinində ifrat məzhəbçilik və dini təəssübkeşliyin yol açdığı fəsadlardan, yaratdığı problemlərdən bəhs edilib. Dünyada ifrat məzhəbçiliyin yaratdığı problemlər nəzərə alınaraq ölkəmizdə bu kimi halların qarşısının alınması üçün qəbul edilmiş qanun layihələri və qərarlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.