Şriftin ölçüsü:

Saytın rəngi:

05.12.2024

Saatlıda uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması müzakirə edilib

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Mil- Muğan Regional Gənclər və İdman İdarəsinin və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Saatlı rayonu V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsimövzusunda  maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, təşkilatçı qurumların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb və uşaqlara mənəvi dəyərlərin aşılanmasından bəhs olunub. Şəhid və qazilərimizin göstərdikləri şücaətin gənc nəsillərə aşılanmasının vacibliyi vurğulanıb. Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin zəruriliyi bildirilib.

Sonda tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşüblər.