Şriftin ölçüsü:

Saytın rəngi:

04.09.2024

Saatlıda “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib

Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan bölməsi və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Sülh Aylığı" çərçivəsində “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Mil-Muğan bölməsinin əməkdaşı Elvin İbrahimov, RİH, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə Gənclər və idman sektorunun məsul işçiləri, Kitabxana Sisteminin əməkdaşları və gənclər iştirak ediblər.

Çıxışlarda xalqımızın çoxəsrlik multikultural dəyərlərindən, ölkəmizdə yaşayan bütün millətlərin və dinlərin təmsilçilərinə eyni münasibətin göstərilməsindən bəhs edilib. O da bildirilib ki, ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətidir. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Bu gün  ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.