Şriftin ölçüsü:

Saytın rəngi:

18.03.2025

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Martın 17-də Saatlı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Regional Təhsil İdarəsinin birgə təşkiIatıçılığı ilə “Əxlaqi dəyərlərin gənclərin sağlam həyat tərzinə verdiyi töhfə" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, din xadimləri, müəllimlər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, gənclərdə milli-mənəvi dəyərlərin inkişafı onların qloballaşan dünyada öz istiqamətlərini itirməmələri üçün əvəzsiz rol oynayır. Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişmələrinin vacibliyini vurğulayan natiqlər diqqətə çatdırıblar ki, onların bu ruhda yetişmələri milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinə, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.

Tədbir müzakirələrlə davam etdirilib.