Şriftin ölçüsü:

Saytın rəngi:

27.05.2025

Qubada “İnsan hüquqlarının qorunmasında müstəqillik və milli birliyimizin əhəmiyyəti” mövzusunda seminar baş tutub

Mayın 27-də Quba rayonu Alpan kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunmasında müstəqillik və milli birliyimizin əhəmiyyəti”   mövzusunda tədbir keçirilib.

“İnsan hüquqları aylığı” (18 may-18 iyun) çərçivəsində keçirilən və 28 May Müstəqillik Gününə həsr olunan tədbirdə təşkilatçı qurumların rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsində və dini vəhdətin yaranmasında müstəqilliyimizin yeri danılmazdır. Müstəqil Azərbaycan Respublikasında etnik və dini mənsubiyyətindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə dinindən, irqindən, eləcə də dilindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqları və azadlıqları qorunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq multikulturalizmi ölkəmizdə “normal həyat tərzi” kimi yüksək qiymətləndirir və həmin istiqamətdə inkişafa dövlət səviyyəsində böyük dəstək verilir.

Sonda iştirakçıların mövzu ətrafında sualları cavablandırılıb.