Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 4-də Quba şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzi və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dinlərarası harmoniya, sülh və əmin-amanlıq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsi, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzi, RİH, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəliyinin məsul şəxsləri, İslam və qeyri-islam dini konfessiyalarının nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycandakı dövlət-din münasibətləri modeli daim dünyanın aparıcı dövlətlərinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Vurğulanıb ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və respublikamızda bütün etnik qrupların, dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar.
Tədbir müzakirələrlə davam edib.