Şriftin ölçüsü:
Saytın rəngi:
Dekabrın 17-də Qobustan rayonu Yekəxana kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DİQDK) Dağlıq Şirvan regional bölməsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həsən Əhmədli, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda iqlim dəyişikliyinin insanların sağlamlığa təsirlərindən bəhs edilib. Bu dəyişikliklərin gələcək nəsillərin ümumi sağlamlığına mənfi təsir göstərdiyi bildirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.