Şriftin ölçüsü:

Saytın rəngi:

03.09.2024

Qobustan rayonunda “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib

Sentyabrın 3-də Qobustan rayonu Uşaq-Gənclər Şahmat məktəbində Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DİQDK) Dağlıq Şirvan regional bölməsinin təşkilatçılığı ilə “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid  Babaşov, Qobustan şəhər “Heydər” məscidinin imamı Çingiz Babaşov, din xadimləri və dini icmaların nümayəndələri iştirak ediblər.
Öncə DQİDK-nın sifarişi ilə hazırlanan “Birlikdə güclüyük” adlı videoçarx nümayiş etdirilb.
Çıxışlar zamanı Azərbaycanın dini və milli tolerantlıq baxımından nümunəvi ölkə olduğu qeyd edilib. Dinlərarası tolerantlıq və millətlərarası harmoniya ideyalarının təbliği, tolerantlığın sülhün təşkilində rolu, həmçinin cəmiyyətin inkişafında konfessiyalararası dialoqun əhəmiyyəti məsələlərinə toxunulub. Tolerantlığın hər bir vətəndaş cəmiyyətinin dəyər və norması olması haqqında da geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.